“Putin Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyası nümayəndələri səviyyəsində Minskə nümayəndə heyəti göndərmək niyyətindədir”.
Bizim.Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Əvvəlcə prezident Vladimir Putin dedi ki, əməliyyatın məqsədi Ukraynanın demilitarizasiyası və denazifikasiyası da daxil olmaqla LPR və DXR-ə kömək etməkdir.
Bu, əslində neytral statusun tərkib hissəsidir. Bu kontekstdə Zelenskinin təklifinə cavab olaraq Putin Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası nümayəndələri səviyyəsində Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır”, - deyə Peskov qeyd edib.
Bizim.Media