Dünyanın ən məşhur və təhlükəli kiber qruplaşması “Anonymous” Rusiyaya müharibə elan etdi.
Bizim.Media xəbər verir ki, qruplaşmanın “Twitter”də verdikləri açıqlamada, Rusiyaya qarşı olan kiber savaşda iştirak etdiklərini və əsas hədəflərinin Rusiya dövlət qurumları olduqlarını açıqlayıblar.
Əlavə olaraq, rus özəl sektoruna da hücum planlanıb. “Anonymous” dünyada barışın yanında olduğunu və sülh istədiyini bildirib.
Baydenin son açıqlamalarından, Rusiyanın Amerikaya qarşı kiber-təhdidlərindən sonra “Anonymous”un işə düşməsi ABŞ-la Rusiya arasında böyük bir kiber-müharibənin başlanması deməkdir.
Bizim.Media