Avropa Parlamentinin deputatları UEFA-nı “Qazprom”la müqavilələri ləğv etməyə və Rusiyanı Çempionlar Liqasının finalından məhrum etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Parlamentin bir neçə üzvü UEFA prezidenti Aleksander Çeferinə məktub yazaraq, ittifaqdan Çempionlar Liqasının finalını Sankt-Peterburqdan köçürməyi və “Qazprom”la sponsorluğa son qoymağı tələb ediblər.
“Vəziyyətin müşahidə edildiyi” dövrlər geridə qaldı. UEFA indi hərəkətə keçməlidir və bir daha bu rejimi legitimləşdirməməlidir”, – deyə məktubun mətnində deyilir.
Bundan sonra Rusiya prezidenti Vladimir Putin açıqlama verərək Çempionlar Liqasının (ÇL) final oyununun Rusiyadan alınmasının UEFA-ya baha başa gələ biləcəyini söyləyib.
O bildirib ki, mayda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçını başqa ölkəyə verəcəyi təqdirdə "Qazprom” şirkəti UEFA-nın sponsorluğundan imtina edəcək. Bu da qurumun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir.
Bizim.Media