Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev daxili işlər naziri Yerlan Turqumbayevin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda informasiyanı dövlət başçısının mətbuat xidməti yayıb.
“Dövlət başçısının sərəncamı ilə Turqumbayev Yerlan Zamanbekoviç Qazaxıstan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.
Tokayevin digər sərəncamı ilə Turqumbayev prezidentin müşaviri təyin edilib.
Bizim.Media