Rusiya qoşunları Ukraynada fevralın 24-də başladığı əməliyyatı davam etdirir. Hücum zamanı Rusiya Federasiyasının silahlı qüvvələri Melitopola girə bilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “anna-news” nəşri yayıb.
Mənbə qeyd edir ki, Şimali Krım kanalı, Kaxovka və Xersona çıxış ələ keçirildikdən sonra rus ordusunun zərbə qruplarından biri Zaporojye tərəfə üz tutub.
Beləliklə, fevralın 24-nə keçən gecə Rusiyanın qabaqcıl hissələri Melitopola daxil olub. Bu şəhər Zaporojye vilayətinin qərbində yerləşir və bir çox yolların ayrıldığı mühüm yaşayış məntəqəsidir.
Melitopolun ələ keçirilməsi ilə Mariupol bölgəsini müdafiə edən Ukrayna qoşunları Rusiya silahlı qüvvələrinin növbəti hücumu zamanı mühasirəyə düşmək təhlükəsi ilə üzləşə bilər.
"Hazırda rus qoşunları şəhərdəki Ukrayna Təhlükəsizlik Xidmətinin binasında təmizilik işləri aparırlar, qabaqcıl bölmələr isə hücumlarını davam etdirirlər", - nəşr qeyd edib.
Bizim.Media