15-ə yaxın tank, “QRAD”lar, “KAMAZ”lar və digər hərbi texnikalar Kiyev istiqamətində dayanmadan Nedriqaylovdan keçib.
Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, bu barədə “Today” qəzetinin müxbiri Olesya Borovik yazıb.
“İnformasiya qərargahımız tərəfindən təsdiqlənib”, - mesajda deyilir.
Kiyevdə hazırda hava təhlükəsi (sirena) elan edilib. Hamıdan təcili olaraq sığınacaqlara getmələri xahiş olunur. İnformasiyanı Əməliyyat Qərargahının mətbuat xidməti yayıb.
"Hava xəbərdarlığı verildi! Dərhal ən yaxın sığınacağa gedin", - mesajda deyilir.
Bizim.Media