Rusiyanın təxminən 116 milyarderi fevralın 16-dan bəri təxminən 90 milyard dollar itirib.
Bizim.Media xəbər verir ki, bu barədə nüfuzlu “Forbes” jurnalı məlumat yayıb.
“Bunun 39 milyard dolları Rusiyanın “Moex” indeksinin 33% nisbətində bağlanması və rublun dollar qarşısında rekord həddə düşməsindən sonra - 24 fevral tarixində silinib.
Siyahının ilk beşliyində “LUKoil”in prezidenti Vahid Ələkbərov, “Novatek” şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson, “Severstal”ın Direktorlar Şurasının rəhbəri Aleksey Mordaşov, “Nornikel”in prezidenti Vladimir Potanin və “Nafta Moscow” investisiya holdinqinin təsisçisi Süleyman Kərimov yer alıb.
Bizim.Media