Rusiyanın yerli messenceri olan "MAX" tətbiqi "Apple" şirkətinin rəqəmsal mağazası "App Store"dan silinib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev məlumat verib.
Nazirin sözlərinə görə, platformanın "App Store"dan uzaqlaşdırılması nəticəsində 20 milyondan çox "iPhone" və "iPad" istifadəçisinin tətbiqə çıxışı məhdudlaşdırılıb. "Apple" tərəfindən bu qərarın hansı səbəbdən verildiyinə dair heç bir rəsmi izahat daxil olmayıb.
Qeyd olunub ki, "MAX" messencerinin ümumi gündəlik auditoriyası artıq 60 milyon nəfəri ötüb.
Bu istifadəçilərin təxminən 25-30%-i məhz iOS (Apple) platformasının payına düşürdü. Hazırda tətbiqin qəfil bloklanması fonunda alternativ yükləmə yolları və rəqəmsal nazirliyin reaksiyası müzakirə edilir.
Bizim.Media