ABŞ-ın Kaliforniya ştatının Feyrfild şəhərində yerləşən məktəblərdən birində keçirilən məzuniyyət mərasimində silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Baş verən atışma nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
Məlumata görə, atışma məzuniyyət mərasimi başa çatdıqdan dərhal sonra başlayıb. Həlak olan və yaralanan şəxslərin yaşı və cinsi hələlik açıqlanmayıb.
Hazırda hadisəni törədən şəxsin axtarışları aparılır. Hüquq-mühafizə orqanları insidentin başvermə səbəblərini və digər təfərrüatları araşdırır.
Bizim.Media