Övladlığa götürdükləri “12 yaşlı qız” 37 yaşında imiş... – Fotolar

Braziliyada inanılmaz fırıldaqçılıq hadisəsi üzə çıxıb. Özünü zorakılıq qurbanı olan 12 yaşlı qız kimi təqdim edən 37 yaşlı qadının təxminən 14 ay ərzində bir ailə ilə yaşayaraq onları aldatdığı məlum olub.

Bizim.Media xəbər verir ki, qadın “Qabriele” adı ilə Joinville şəhərindəki kilsələrdən birinə müraciət edərək ailəsi tərəfindən zorakılığa məruz qaldığını və evdən qaçdığını iddia edib. 

Onun hekayəsinə inanan kilsə üzvləri əvvəlcə maddi yardım göstərib, daha sonra isə xeyriyyəçi bir ailənin yanında qalmasına şərait yaradıblar.

37 yaşlı qadın ailəni aldatmaq üçün autizmli olduğunu, keçmişdə qəbul etdiyi hormon preparatlarının onun fiziki görünüşünü dəyişdirdiyini iddia edib. O, evdə əmzik və körpə butulkasından istifadə edib, uşaq səsi ilə danışıb və zaman-zaman saxta panikaya düşərək rolunu davam etdirib.

Ailə onu rəsmi şəkildə övladlığa götürmək istəyəndə isə qadın şəxsiyyət sənədlərini itirdiyini bəhanə gətirərək prosesi uzadıb. Məktəbə getməkdən imtina edən qadın guya onu axtaran zorakı atasının məktəbdə tapa biləcəyini deyərək evdən çıxmamağa çalışıb.

Hadisə ailənin qohumlarından birinin qadının davranışlarından şübhələnərək polisə müraciət etməsindən sonra üzə çıxıb. Hüquq-mühafizə orqanları keçirilən əməliyyat zamanı qadını saxlayıb.

Dindirilmə zamanı o, özünü azyaşlı kimi təqdim etdiyini etiraf edib və məhkəmə qərarı ilə həbs olunub.

Araşdırmalar zamanı məlum olub ki, qadın Braziliyanın San-Paulu, Rio-de-Janeyro və Minas-Jerays da daxil olmaqla, ən azı beş ştatında oxşar üsullarla insanları aldadıb.

Polis onun müxtəlif ailələrin və təşkilatların etimadını qazanaraq uşaq obrazından istifadə etməklə insanların emosiyalarını istismar etdiyini bildirib. Hadisə ölkədə geniş rezonans doğurub və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. (qafqazinfo.az)






Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Səhər yeməyində bu sıyıqdan uzaq durun - Xəbərdarlıq

Səhər yeməyində bu sıyıqdan uzaq durun - Xəbərdarlıq

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO

Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

End of content

No more pages to load

RADİO