Rusiya Federasiyası Ermənistanın Aİ və Aİİ (Avrasiya İqtisadi İttifaqı) kontekstində Rusiya ilə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində "tarixi baxımdan doğru seçim" edəcəyinə ümid bəsləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Ermənistanın Aİİ və Aİ ilə mövcud münasibətlərinə toxunan Ryabkov qeyd edib:
"Ümid edirik ki, Rusiya ilə ənənəvi, dərin qardaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində tarixi baxımdan doğru seçim ediləcək. Əminəm ki, bu addımdan erməni xalqı hər zaman yalnız qazanc əldə edəcək".
Bizim.Media