Rəsmi Kiyev Rusiyanın Ermənistana qarşı hərbi təcavüz törətmək ehtimalını real ssenari hesab edir.
Bizim.Media xəbər verir ki, Ukrayna tərəfinin qənaətinə görə, Moskvanın İrəvana təzyiq göstərmək üçün kifayət qədər geniş imkanları var.
Kiyev rəsmiləri bu məsələdə əsas həlledici amil kimi Ermənistan cəmiyyətinin mövcud durumunu və daxili sabitliyini göstərirlər.
Bildirilir ki, Rusiya öz regional maraqlarını irəli aparmaq üçün Ermənistan daxilindəki ziddiyyətlərdən və parçalanmalardan rıçaq kimi istifadə edə bilər.
Bizim.Media