ABŞ, hətta müstəqillik qazanacağı təqdirdə belə, qoşunlarının Qrenlandiyada müddətsiz yerləşdirilməsinə nail olmağa çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumatlara görə, Vaşinqton hazırda qüvvədə olan hərbi sazişə dəyişiklik etmək niyyətindədir ki, amerikalı hərbçilər adada qeyri-müəyyən müddətə qala bilsinlər.
Bundan əlavə, ABŞ regionda öz rəqiblərinin təsirini məhdudlaşdırmaq məqsədilə Qrenlandiyaya qoyulacaq irimiqyaslı xarici investisiyalara veto qoymaq hüququnu da müzakirə edir. Bu ideya artıq Danimarka və Qrenlandiyada ciddi narazılığa səbəb olub.
Bizim.Media