Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi

Pakistan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) ən böyük çaykənarı şəhər layihəsini təqdim edib və beynəlxalq investorları əməkdaşlığa dəvət edib.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlaması zamanı Pakistanın Pəncab hökumətinin Ravi Şəhərsalma İnkişafı İdarəsinin (RUDA) xüsusi təşəbbüslər, korporativ sosial məsuliyyət və müxtəliflik məsələləri üzrə direktoru Fatima Ali Xan bildirib.

Fatima Ali Xan qeyd edib ki, nümayəndə heyəti dünyanın ən böyük çaykənarı şəhər layihəsini təqdim edir.

“Layihə çayın hər iki sahili boyunca 46 kilometr ərazini əhatə edəcək. Bu, Pakistan hökumətinin daşınmaz əmlak sahəsində ən iri layihəsi və Pəncab hökumətinin flaqman təşəbbüsüdür. Layihə Pəncabın Baş naziri Məryəm Nəvaz Şərif tərəfindən dəstəklənir. Biz burada xəstəxanalar, tibb kollecləri, universitetlər, məktəblər, hotellər, mühəndislik infrastrukturu, tullantı sularının təmizlənməsi qurğuları, kurortlar, parklar, hətta hava limanı kimi müxtəlif layihələr təqdim edirik”, – deyə o qeyd edib.

Fatima Ali Xan vurğulayıb ki, layihə xarici investorlar üçün geniş imkanlar yaradır:

“Biz həm Pakistan, həm də xaricdən olan investorları əməkdaşlıq imkanlarını araşdırmağa dəvət edirik. Bu şəhər böyük perspektivlər, maliyyə üstünlükləri və yüksək investisiya gəlirləri təqdim edir”.

Fatima Ali Xan həmçinin WUF13-ün Bakıda təşkilini və Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib.

“Bu, Azərbaycan hökumətinin çox gözəl təşəbbüsüdür. İnsanlar son dərəcə qonaqpərvərdirlər, Bakı isə sanki nağıl şəhəridir. Memarlıq, atmosfer, işıqlandırma, tarixi və müasir üslubun harmoniyası, mətbəx və insanların mehribanlığı – hər şey ən yüksək səviyyədədir. Hər kəsi Bakıya gəlməyə, bu şəhəri görməyə və onun atmosferini hiss etməyə çağırıram”, – deyə Fatima Ali Xan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentlə xanımının rəsmi qonaqlarla birgə FOTOSU

Prezidentlə xanımının rəsmi qonaqlarla birgə FOTOSU

Milli Qəhrəman Pəncəli Teymurovun medalı ailəsinə TƏQDİM OLUNDU

Milli Qəhrəman Pəncəli Teymurovun medalı ailəsinə TƏQDİM OLUNDU

Kannda qırmızı xalça: Letisiya Kasta filmin premyerasına belə gətirildi – FOTO

Kannda qırmızı xalça: Letisiya Kasta filmin premyerasına belə gətirildi – FOTO

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi

Kiyevə 90 milyard avroluq kreditin ilk tranşı bu tarixdə göndəriləcək

Kiyevə 90 milyard avroluq kreditin ilk tranşı bu tarixdə göndəriləcək

Tramp: ABŞ süni intellekt sahəsində Çini qabaqlayır

Tramp: ABŞ süni intellekt sahəsində Çini qabaqlayır

Hindistan nümayəndəsi: “Əminəm ki, forumun hər günü möhtəşəm keçəcək” – VİDEO

Hindistan nümayəndəsi: “Əminəm ki, forumun hər günü möhtəşəm keçəcək” – VİDEO

Salma Hayek saç boyasından imtina etdi – FOTO

Salma Hayek saç boyasından imtina etdi – FOTO

Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” – VİDEO

Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” – VİDEO

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

“Turan Tovuz” Avrokubok matçlarını doğma şəhərində oynayacaq? - Klubdan AÇIQLAMA

“Turan Tovuz” Avrokubok matçlarını doğma şəhərində oynayacaq? - Klubdan AÇIQLAMA

Prezident WUF13 iştirakçılarına “Sea Breeze”ə getməyi TÖVSİYƏ ETDİ – VİDEO

Prezident WUF13 iştirakçılarına “Sea Breeze”ə getməyi TÖVSİYƏ ETDİ VİDEO

Alla Puqaçovanın yeni fotosu viral oldu – FOTO

Alla Puqaçovanın yeni fotosu viral oldu – FOTO

Dayanıqlı urban SİYASƏTİ

Dayanıqlı urban SİYASƏTİ

Azərbaycan Belarusdan "Aİ-98" benzinin alışını bərpa etdi

Azərbaycan Belarusdan "Aİ-98" benzinin alışını bərpa etdi

Pakistanlı nümayəndə WUF13 haqqında: “Qatıldığım ən yaxşı tədbirdir” – VİDEO

Pakistanlı nümayəndə WUF13 haqqında: “Qatıldığım ən yaxşı tədbirdir” – VİDEO

Anar Quliyev: Azad edilmiş ərazilərdə yenidənqurma “ağıllı şəhər” prinsiplərinə əsaslanır – VİDEO

Anar Quliyev: Azad edilmiş ərazilərdə yenidənqurma “ağıllı şəhər” prinsiplərinə əsaslanır – VİDEO

Rossbax: İndiyədək heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib

Rossbax: İndiyədək heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib

İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir

İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir

Medvedevun redaktorluğu ilə dərslik hazırlandı – FOTO

Medvedevun redaktorluğu ilə dərslik hazırlandı – FOTO

Səyahət və yaşamaq üçün ən ucuz ölkənin adı AÇIQLANDI

Səyahət və yaşamaq üçün ən ucuz ölkənin adı AÇIQLANDI

BMT-nin Baş katibi: “Əsas hədəf münasib qiymətə mənzil təminatının genişləndirilməsidir”

BMT-nin Baş katibi: “Əsas hədəf münasib qiymətə mənzil təminatının genişləndirilməsidir”

UN-Habitat prezidentindən Azərbaycan dilində atalar sözləri – VİDEO

UN-Habitat prezidentindən Azərbaycan dilində atalar sözləri – VİDEO

Hikmət Hacıyev: “Azərbaycan beynəlxalq dialoq üçün mühüm platformadır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan beynəlxalq dialoq üçün mühüm platformadır” - VİDEO

End of content

No more pages to load

RADİO