Honkonqda koronavirusun yeni ştammı aşkarlanıb.
Koronavirus infeksiyasının yeni növü Çinin Honkonq şəhərində də tapılıb.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Honkonqun Səhiyyə Departamenti məlumat yayıb.
Qurumun məlumatına görə, yeni ştamm Britaniyadan qayıdan 2 tələbədə aşkarlanıb.
Departament onu da qeyd edib ki, artıq 22.5 milyon vaksin əhaliyə paylanılıb.
“Vətəndaşlara 2 növ Çinin “Sinovak Biotek” və “BioNTech” vaksinləri təqdim olunur və onlar özləri vaksini seçirlər”, - deyə bildirilib.
Vüqar Ağamalıoğlu, Bizim.Media