Bu gün Bosniyanın şimal-qərbində, təxminən 1200 nəfərin yerləşdiyi miqrant düşərgəsində yanğın baş verib.
Bizim.Media Bosniyanın xəbər portalı “Klix”ə istinadən xəbər verir ki, Lipa düşərgəsində neft və elektrik enerjisi generatorlarının saxlandığı hissədə yanğın olub.
Bildirilib ki, hüquq-mühafizə orqanın əməkdaşları və yanğınsöndürənlər Bihacdan 25 km aralıda yerləşən düşərgəyə göndərilib.
Yerli polisin dediyinə görə, itkilər haqqında hələ dəqiq məlumat yoxdur.
Vüqar Ağamalıoğlu, Bizim.Media