ABŞ-da Long-Aylend manyakı kimi tanınan 62 yaşlı memar Reks Hoyermann səkkiz qadını öldürdüyünü etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, Nyu-York ştatında polis və FTB 13 il ərzində ABŞ tarixinin ən sirli silsilə qətllərindən birini araşdırıb. 2010-2011-ci illərdə Long-Aylenddə bir neçə qadının qalıqları tapılıb.
Daha sonra cinayət izlərinin 1990-cı illərə qədər gedib çıxdığı müəyyən edilib.
2023-cü ildə memarlıq bürosunun sahibi Reks Hoyermann həbs olunub. İstintaq onun qurbanlarla əlaqəsini telefon məlumatları, DNT izləri və digər dolayı sübutlarla əsaslandırıb.
2026-cı il aprelin 8-də Hoyermann məhkəmədə səkkiz qadını boğaraq öldürdüyünü etiraf edib.
Bununla belə, Long-Aylenddəki bəzi qətllərlə bağlı hələ də tam aydınlıq yoxdur. İstintaq bəzi qurbanların ölümündə Hoyermannın iştirakını sübut edə bilməyib.



Bizim.Media