Panama bayrağı altında minlərlə lüks avtomobili daşıyan nəhəng yük gəmisi "Felicity Ace" Atlantik okeanındakı Azor adaları yaxınlığında yanıb.
Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, gəminin 22 ekipaj üzvü Portuqaliya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən təxliyə edilib.
Gəmidə "Volkswagen", "Porsche", "Audi" və "Lamborghini" modelləri də daxil olmaqla 3900-dən çox avtomobilin olduğu bildirilir.
Bizim.Media