Moskvada Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş başa çatıb.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, Kremldə keçirilən danışıqlar 2,5 saatdan çox çəkib.
Jurnalistlərə açıqlama verən iki ölkə lideri danışıqları konstruktiv adlandırıblar. Liderlər Rusiya ilə Belarus arasında inteqrasiya proseslərinin dərinləşdirilməsini müzakirə etdiklərini də qeyd ediblər.
Bizim.Media