Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələri Ukraynanın ərazilərindən Rusiyaya qarşı dron hücumları üçün istifadə etməsi ehtimalı qarşısında Rusiyanın özünümüdafiə hüququ barədə xəbərdarlıq edib.
Bizim.Media bu barədə TASS-a istinadla xəbər verir.
"Son zamanlar Ukraynanın Finlandiya və Baltikyanı ölkələr vasitəsilə Rusiyaya qarşı dron hücumları halları getdikcə daha çox qeydə alınıb", - deyə o bildirib.
Şoyqu qeyd edib ki, ya Qərb hava hücumundan müdafiə sistemləri Ukrayna dronlarını görməzdən gələrək "son dərəcə səmərəsiz" fəaliyyət göstərir, ya da Finlandiya və Baltikyanı ölkələr "qəsdən öz hava məkanlarını təmin edir və beləliklə, Rusiyaya qarşı təcavüzdə açıq şəkildə iştirak edirlər".
O əlavə edib ki, sonuncu ssenaridə silahlı hücum halında ölkələrə özünümüdafiə hüququ verən BMT Nizamnaməsinin 51-ci maddəsi işə düşəcək.
Bizim.Media