İstanbul Baş Prokuroluğu məşhurlara qarşı aparılan narkotik maddə istintaqı çərçivəsində götürülən testlərin nəticələrini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 8 məşhurun narkotik testi pozitiv çıxıb.
Həmin məşhurlar aşağıdakılardır:
- Kenan Doğulu
- Enis Arıkan
- Berdan Mardini
- Ozan Doğulu
- Yaşar İpek
- Ali Efe Bezci
- Oğuzhan Beker
- Tolga Çam
Qeyd edək ki, istintaq çərçivəsində ümumilikdə 23 tanınmış şəxs saxlanılıb, onlardan qan və saç nümunələri götürülmüşdü.
Bizim.Media