Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev prezidentlik müddəti ilə bağlı bəyanat verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Tokayev prezidentin iki müddətə vəzifə tuta biləcəyini qeyd edərək, bu tələbin pozulmamalı olduğunu vurğulayıb.
“Mart ayında xalqa müraciətim zaman bu məsələ ilə bağlı təkliflər verəcəyəm”, - Tokayev əlavə edib.
Qeyd edək ki, Qazaxıstan lideri bir müddət əvvəl respublikanın prezidenti olaraq nə qədər qalacağını bilmədiyini, lakin mütləq iki müddətdən artıq olmayacağını demişdi.
Bizim.Media