Rusiya ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qormanı ölkədən deportasiya edib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, səfirliyin sözcüsü Ceyson Rebholts faktı təsdiqləyib. Onun sözlərinə görə, Bart Qormanı ABŞ-a geri dönüb:
“Rusiya ABŞ-ın diplomatik nümayəndələyinin müavini Bart Qormanı ölkədən göndərdi. O, ABŞ-ın Moskvadakı səfirliyində səfirdən sonra ikinci ən mühüm vəzifəli şəxs idi".
Ceyson Rebholts əlavə edib ki, ABŞ hökuməti diplomatın ölkədən çıxarılmasını “eskalasiya addımı” hesab edir və cavab tədbirlərinin mümkünlüyünü nəzərdən keçirir.
Oral Mədənçi, Bizim.Media