Fransada jandarma əməkdaşlarına hücum edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prokurorluğu məlumat yayıb.
Məlumata görə hadisə ölkənin Pyui-de-Dom regionunda qeydə alınıb. 48 yaşlı kişinin odlu silahdan açdığı atəş nəticəsində 3 jandarma əməkdaşı ölüb, 1 nəfər isə yaralanıb.
Qeyd edilib ki, jandarma əməkdaşları həmin şəxsin evinə məişət zorakılığı ilə bağlı çağırış əsasında gəliblər. Onlar şiddət görən qadına kömək etməyə çalışıblar.
Bizim.Media