Hindistanın şimalında, Uttar Padeş ştatında quyuya düşən 13 qadın ölüb, 3-ü isə yaralanıb.
Bizim.Media “The Indian Express”ə istinadən xəbər verir ki, insident çərşənbə günü axşam saatlarında Kuşinaqar rayonunda bir qrup şəxsin quyunun qapağında oturduğu toy mərasimi zamanı baş verib. İnsanların izdihamından qapaq qırılıb və bir çox insan dərin quyuya düşüb.
Nəticədə 11 qadın yerindəcə, daha ikisi xəstəxanada dünyasını dəyişib. Həkimlər üç nəfərin həyatı üçün mübarizə aparır.
Hindistanın baş naziri Narendra Modi Tvitter hesabında həlak olanların ailələrinə başsağlığı verib və hadisə zamanı yaralananlara şəfa diləyib.
Bizim.Media