İraq İranla sərhəddə yerləşən cənubdakı Şalamça sərhəd-keçid məntəqəsini bağlayıb. Buna səbəb İran tərəfində endirilən hava zərbələri nəticəsində bir İraq vətəndaşının həlak olmasıdır.
Bizim.Media xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadən Reuters məlumat yayıb.
Xərbələr İran tərəfində yerləşən sərnişinlərin qəbul zonasına endirilib.
Nəticədə bir iraqlının meyiti polis tərəfindən götürülüb, azı beş yaralı isə xəstəxanaya çatdırılıb və onların əksəriyyətinin vəziyyəti ağırdır.
Hadisədən sonra keçid məntəqəsi həm ticarət, həm də sərnişin hərəkəti üçün bağlanıb.
Şalamça İranın Xuzistan vilayətində, Abadandan şimal-qərbdə yerləşən və İraqla nəqliyyat əlaqələri baxımından mühüm hesab olunan sərhəd məntəqəsidir.
Son günlər bölgədə gərginlik fonunda bu keçid ətrafında təhlükəsizlik tədbirləri sərtləşdirilmişdi.
Bizim.Media