"Müdafiə Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı istənilən hərbi hücumu beş gün təxirə salmağı tapşırdım".
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti "Truth Social" hesabında yazıb.
"Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar.
Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv danışıqların xarakteri və tonuna əsasən, Müdafiə Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı istənilən hərbi hücumu davam edən görüşlərin və müzakirələrin uğurla başa çatmasına qədər beş gün təxirə salmağı tapşırdım", - deyə Ağ Ev lideri bildirib.

Bizim.Media