Amerikalı jurnalist, hüquq müdafiəçisi və ABŞ Kommunist Partiyasının üzvü Kristofer Helali TASS-a bildirib ki, o, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və xüsusi hərbi əməliyyatın (XHƏ) aparıldığı zonaya yollanacaq.
Bizim.Media xəbər verir ki, Helali bu barədə XHƏ zamanı tapşırıqları yerinə yetirərkən həlak olan “Rodnya” dəstəsinin komandiri Yevgeni Nikolayevlə vida mərasimində danışıb.
“Bəli, mən müqavilə imzalamışam”, deyə o , faktı təsdiq edib.
Helali Nikolayevi şəxsən tanıyırdı və onu “daha yaxşı dünya” uğrunda mübarizə aparan əsl vətənpərvər adlandırıb.
“O, mənə qardaş kimi yanaşırdı, mənim örnək götürdüyüm görkəmli insan idi. Buna görə də burada olmaq mənim üçün çox vacibdir”, — jurnalist bildirib.
Ötən ilin yayında Moskva vilayətinə köçmüş ABŞ-ın başqa bir vətəndaşı da rusiyalı olmağa layiq olduğunu sübut etmək üçün XHƏ-yə könüllü getmək qərarına gəlmişdi. Həmin şəxs ABŞ-da Texas ştatında bir zavodda işləyib. O izah edib ki, özü və ailəsi LGBT təbliğatından və mədəniyyət səviyyəsinin aşağı düşməsindən bezdiyi üçün Rusiyaya köçmək qərarı veriblər.
Bizim.Media