2020-ci il həyatımızda yadda qalan il olaraq tarixə keçdi. Təəssüf ki, bir çoxumuz bu ili heç də sevə bilmədik.
Bizim.Media bildirir ki,“Twitter” rəsmi hesabında da bununla bağlı maraqlı tvitlər paylaşıb. Maraqlısı budur ki, tvitlər bir sıra məşhurların tvitter hesabının adı ilə paylaşılıb. Onları sizə təqdim edirik:

“Xahiş edirəm, bu ağılsızlığı 2021-ə götürməyin”

“Əgər 2020 insan olsaydı, bu mənim keçmiş sevgilim olardı”

“2021-in birinci qaydası : 2020 haqqında danışmayın”

“2020-ni qəbul etməmişdən öncə bəzi hökm və şərtləri görməyim lazımdır”

“ Treylerini görmədən, 2021-ə daxil olmuram”
Bizim.Media