Almaniya Kansleri Olaf Şolts fevralın 14-də Ukraynaya səfər edib.
Bizim.Media xəbər verir ki, Olaf Şoltsun Kiyevdə Marinski Sarayında rəsmi qarşılanma mərasimi olub.
Sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts arasında təkbətək görüş keçirilib.
Görüşdə regionda mövcud olan son vəziyyət, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Almaniya Kansleri Ukraynadan sonra Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Kanslerin Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.
Bizim.Media