Ukrayna NATO hərbi alyansına qoşulmaq məsələsində geri addım ata bilər.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq bir neçə gün əvvəlki açıqlamasında “Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olması barədə qərar qəbul edib” deyə bildirmişdi.
“BBC Radio 5”in efirində qonaq olan Pristayko “müharibənin qarşısını almaq üçün NATO-ya qoşulmağı düşünürlərmi?” sualına belə cavab verib:
“Biz, xüsusilə bu şəkildə təhdid, şantaj edilmiş, bu işə sövq edilmiş ola bilərik. Bəzən NATO-dan: “Dostlar, bəlkə, həqiqətən, bundan qaça bilərik” kimi səslər eşidəcəyik”. Əgər müharibə olsa, nəticələrinə biz tək başına qatlanacağıq”.
Bununla belə, Pristayko Ukraynanın hazırda heç bir hərbi alyansın üzvü olmadığını bildirib.
Mia Quliyeva, Bizim.Media