İsrail parlamentinin sədri Amir Ohana İranın yeni ali lideri Müctəba Xamenei ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, "X" paylaşımında HƏMAS, "Hizbullah" və İran rəhbərliyinin bundan öncə öldürülmüş üzvlərinin fotosunu paylaşıb.
Onlarla birlikdə Müctəba Xameneinin də fotosu paylaşılaraq növbəti hədəfin o olması mesajı verilib.
Qeyd edək ki, İran Ekspertlər Assambleyası Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib.
Xatırladaq ki, İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.

Bizim.Media