ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski arasında yeni telefon danışığı şənbə günü bir saatdan az davam edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı CNN Ağ Ev rəsmisinə istinadən yayıb.
“Telekanal iki ölkə liderləri arasında söhbətin təfərrüatlarını açıqlamır”, deyə “RİA Novosti” agentliyi yazır.
Bu, cari ilin əvvəlindən ABŞ və Ukrayna prezidentləri arasında üçüncü telefon danışığıdır. Bayden və Zelenski yanvarın əvvəlində və sonunda danışıblar.
Bizim.Media