Ukrayna sərhədində gərginlik azalmır - Masanın üstündə 3 ssenari var

Dünyanın gözü Rusiya-Ukrayna sərhədindədir. Bütün cəhdlərə baxmayaraq, bölgədə gərginlik azalmır və müharibə ehtimalı indi daha yüksək səslə dilə gətirilir. Britaniya rəsmiləri Rusiyanın Ukraynaya hücum etmək üçün "yalançı bayraq" əməliyyatı hazırladığı barədə xəbərdarlıq edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatında hücumun mümkün tarixi barədə müttəfiq qüvvələrə məlumat verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “hurriyet.com.tr” saytında yerləşdirilib.

Mənbə qeyd edir ki, Britaniya və ABŞ-dan gələn xəbərlər böhranın ölçülərini ortaya qoyub. Gərginliyi azaltmaq üçün bir sıra diplomatik addımlar atılsa da, hələlik konkret nəticə əldə olunmayıb. Belə çıxır ki, bölgədə gərginliyi azaltmaq mümkün deyil və müharibə ehtimalı indi daha yüksək səslə dilə gətirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya prezidentindən PUTİNƏ: "Ukraynanın boynundakı ilgəyi boşalt"


Britaniya rəsmiləri hesab edir ki, Rusiya Ukraynaya hücumuna “haqq qazandırmaq” üçün “yalançı bayraq” əməliyyatı hazırlayır.

“Yalançı bayraq” düşmən qiyafəsində öz qoşunlarına hücum etməkdir.

“The Telegraph” nəşrinə mənbə bildirib ki, Kreml Rusiya qoşunlarının Ukraynaya qarşı hücuma haqq qazandırmaq üçün şərait yaratmağa hazırlaşır.

Bölgədə baş verən hadisələrlə 1930-cu illərdə Hitler Almaniyasının Çexoslovakiya siyasəti arasında oxşarlıqlar var. Mənbə bu oxşarlığa istinad edərək, “Biz öz qətiyyətimizi saxlamağa, tarixi paralelləri xatırlamağa və səhvi təkrarlamamağa təşviq olunuruq” deyir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatı isə Britaniya hakimiyyətinin iddialarını sübut edir. Çünki MKİ müttəfiq qüvvələrə məlumat vermişdi ki, işğal çərşənbə günü baş verə bilər.

Ölkə mətbuatının məlumatına görə, MKİ hesabatı bu iddianı Rusiya mərkəzi komandanlığından yerdəki qoşunlara göndərilən mesajlara əsaslandırıb.

Xarici siyasət analitiki və Marqaret Tetçerin keçmiş köməkçisi Nil Qardin Rusiyanın həyata keçirə biləcəyi 3 ssenarini açıqlayıb.

"Vəziyyət çox ağırdır və biz Rusiyanın işğalı ilə üz-üzəyik. Rusiya Ukraynanın paytaxtı Kiyevə nəzarəti ələ keçirmək, hətta bütün ölkəni işğal etmək üçün hərəkətə keçə bilər". Qardin belə deyib.

Bu iki ssenarinin reallaşacağı təqdirdə Avropa İttifaqını çətin günlərin gözlədiyini vurğulayan Qardin "Qərb Ukrayna ilə bağlı heç nə etməsə, Putin bundan sonra onları NATO ölkələri ilə sınaqdan keçirəcək" sözlərini deyib.

Rusiyanın Belarusla keçirdiyi hərbi təlimlər “hücum”a son hazırlıq kimi qiymətləndirilir.

Rusiya hər fürsətdə bildirir ki, Ukrayna sərhədində hərbi mövcudluğu işğala hazırlıq deyil. Lakin 2014-cü ildə Rusiya oxşar iddialarla çıxış edib və daha sonra Krımı ilhaq edib.

O vaxtdan bəri Putinin qərbin dəstəklədiyi Ukrayna hökumətinə qarşı hər fürsətdə Ukraynanın şərqindəki separatçıları dəstəklədiyi tez-tez vurğulanır.

Rusiya və Ukraynanı üz-üzə gətirən böhran Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) Assosiasiya sazişini imzalamaması ilə başladı.

Bu addımdan sonra 2013-cü il noyabrın 21-də ölkədə nümayişlərə start verildi. Yanukoviç 2014-cü ilin fevralında nümayişlər böyüdükdən sonra ölkədən qaçdı və  Donbas bölgəsindəki Donetsk və Luqansk şəhərlərində rusiyayönlü separatçılar müstəqilliklərini elan etdilər.

Sonra separatçılarla Kiyev administrasiyası arasında qarşıdurmalar başladı və bölgə 2014-cü il martın 18-də Rusiyaya ilhaq edildi. 

Rəsmi rəqəmlərə görə, 2014-cü ildən bəri davam edən münaqişələrdə 13 mindən çox insan həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - VİDEO

“Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - VİDEO

Kremldən hava məkanında atəşkəslə bağlı təklifə REAKSİYA

Kremldən hava məkanında atəşkəslə bağlı təklifə REAKSİYA

Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO

Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO

İsrail mediası: “Tramp İrana hələlik son şansı verib”

İsrail mediası: “Tramp İrana hələlik son şansı verib”

Rusiyanın bu şəhərlərində sakinlər QORXU İÇİNDƏ - FOTO-VİDEO

Rusiyanın bu şəhərlərində sakinlər QORXU İÇİNDƏ - FOTO-VİDEO

Britaniyanın yeni Baş naziri: “Trampdan qorxmuram” - VİDEO

Britaniyanın yeni Baş naziri: “Trampdan qorxmuram” - VİDEO

İspaniyada meşə yanğınları: 121 mindən çox insan təxliyə edildi - VİDEO

İspaniyada meşə yanğınları: 121 mindən çox insan təxliyə edildi - VİDEO

Vnukovo hava limanının baqaj sistemində nasazlıq - SƏRNİŞİNLƏR TƏLAŞDA

Vnukovo hava limanının baqaj sistemində nasazlıq - SƏRNİŞİNLƏR TƏLAŞDA

Əhməd əş-Şaraa: “Hizbullah”la müharibə etmək niyyətimiz yoxdur

Əhməd əş-Şaraa: “Hizbullah”la müharibə etmək niyyətimiz yoxdur

Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi oldu - FOTO

Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi oldu - FOTO

Qızıl niyə paslanmır?

Qızıl niyə paslanmır?

Dünyanın ən çox qazanan tennisçilərinin adları açıqlandı

Dünyanın ən çox qazanan tennisçilərinin adları açıqlandı

İtaliya uşaqları Avropanın ən kök uşaqları sırasına düşdü - FOTO

İtaliya uşaqları Avropanın ən kök uşaqları sırasına düşdü - FOTO

Türkiyənin F-16 qırıcıları Baltikyanı ölkələrin hava məkanında sutka boyu növbə çəkəcək

Türkiyənin F-16 qırıcıları Baltikyanı ölkələrin hava məkanında sutka boyu növbə çəkəcək

“Əsrin boşanması”: Milyarder keçmiş həyat yoldaşına 640 milyon dollar ödəyəcək

“Əsrin boşanması”: Milyarder keçmiş həyat yoldaşına 640 milyon dollar ödəyəcək

Biləcəridə yol çökdü, hərəkət iflic oldu - VİDEO

Biləcəridə yol çökdü, hərəkət iflic oldu - VİDEO

TikTok bloqerləri arıqlamaq məqsədilə təhlükəli parazitə yoluxmağa çalışırlar

TikTok bloqerləri arıqlamaq məqsədilə təhlükəli parazitə yoluxmağa çalışırlar

Polşanın XİN rəhbəri: İran “XX əsrin sonuncu utopiyası”dır - VİDEO

Polşanın XİN rəhbəri: İran “XX əsrin sonuncu utopiyası”dır - VİDEO

Hörmüz boğazında neft tankeri minaya düşərək partladı

Hörmüz boğazında neft tankeri minaya düşərək partladı

18 yaşına çatan xarici vətəndaş 30 gün ərzində Rusiyanı tərk etməlidir - YENİ QANUN

18 yaşına çatan xarici vətəndaş 30 gün ərzində Rusiyanı tərk etməlidir - YENİ QANUN

SEPAH: İran atəşkəs dövründə raket imkanlarını gücləndirdi - VİDEO

SEPAH: İran atəşkəs dövründə raket imkanlarını gücləndirdi - VİDEO

Netanyahu ABŞ-da həbs ediləcəkmi? - VİDEO

Netanyahu ABŞ-da həbs ediləcəkmi? - VİDEO

Buxarest Rusiyaya etiraz notası göndərəcək

Buxarest Rusiyaya etiraz notası göndərəcək

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

End of content

No more pages to load

RADİO