Rusiya Liberal Demokrat Partiyasının partiya üzvlərinə mesaj göndərərək onları siyasi qüvvənin lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı yayılan xəbərlərə inanmamağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı RİA Novosti agentliyi yayıb.
"Bu məlumatı pis düşüncədə olanlar yayıb", - məlumatda deyilir.
Liberal Demokrat Partiyası Jirinovskinin ölümü ilə bağlı şayiələr yayanların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
"Biz günahkarların məsuliyyətə cəlb olunmasını tələb edirik", - partiyadan bildiriblər.
Xatırladaq ki, Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib, ona omikron ştamı diaqnozu qoyulub.
Partiyadan bildiriblər ki, o, özünü yaxşı hiss edir və sənədlərlə işləyir.
Bizim.Media