ABŞ-ın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinə dron hücumu edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirlik iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində səfirlikdə kiçik yanğın və maddi ziyan qeydə alınıb.
Hadisənin səfirliyin təhlükəsizliyinə əhəmiyyətli təsir göstərmədiyi bildirilib.
ABŞ səfirliyi sosial media hesabında Səudiyyə Ərəbistanında yaşayan ABŞ vətəndaşlarını hazırda olduqları yerdə qalmağa çağırıb və təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb.
ABŞ-ın yüksəkvəzifəli rəsmisi səfirliyə hücumu təsdiqləyib.
Bizim.Media