“The New York Times” Trampın İrana yanaşmasını məsuliyyətsiz adlandırdı

ABŞ prezidenti Donald Trampın İrana münasibətdə yanaşması məsuliyyətsizdir, Ağ Ev rəhbəri hərbi əməliyyatın məqsədlərini ictimaiyyətə aydın şəkildə izah edə bilməyib. Hətta ona nə daxildə, nə də beynəlxalq müstəvidə lazımi dəstək olub. 

Bizim.Media xəbər verir ki, bu fikir The New York Times (NYT) qəzetinin redaksiya heyətinin köşə yazısında yer alıb.
 

Materialda bildirilir ki, “Trampın İrana yanaşması məsuliyyətsizdir, onun məqsədləri qeyri-müəyyəndir. O, uğurlu nəticə ehtimalını artırmaq üçün zəruri olan daxili və beynəlxalq dəstəyi təmin edə bilməyib. Hərbi əməliyyatlar apararkən isə həm daxili, həm də beynəlxalq hüququ nəzərə almayıb”.


Nəşr xatırladır ki, 2024-cü il seçki kampaniyası zamanı hazırkı ABŞ prezidenti seçicilərə müharibələri başa çatdıracağını, yeni münaqişələrə başlamayacağını vəd etmişdi. “Əvəzində isə son bir ildə o, yeddi ölkəyə zərbələr endirilməsi barədə göstəriş verib. Onun hərbi müdaxilələrə meyli artmaqdadır”, – deyə NYT yazır.

Qəzetin qeydinə görə, Ağ Ev rəhbərinin bu hücum üçün aydın strategiya formalaşdıra bilməməsi “şokedici səviyyədə qeyri-müəyyənlik” yaradıb və zərbələr nəticəsində İran İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xameneinin həlak olmasına baxmayaraq, “bundan sonra nə baş verəcəyinin qeyri-müəyyən olduğu” vurğulanır.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti “hakimiyyət dəyişikliyinin İranda XXI əsrin əvvəllərində İraq və Əfqanıstanda baş verən hadisələrdən daha yaxşı nəticə verəcəyini” əsaslandıra bilməyib:

“Həmin müharibələr nəticəsində hökumətlər devrilsə də, qeyri-müəyyən müddətli və aydın milli maraqlara əsaslanmayan hərbi əməliyyatlar Amerika ictimaiyyətində narazılıq doğurmuşdu”.

Redaksiya heyəti yazını belə yekunlaşdırıb:

“Biz təəssüf edirik ki, Tramp müharibəyə onun həqiqətən də ciddi məsələ olduğunu nəzərə alaraq yanaşmır.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış etdi

MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış etdi

İsraildə inzibati binanın divarına Fələstin bayrağı çəkildi

İsraildə inzibati binanın divarına Fələstin bayrağı çəkildi

İrandan 31 nəfər Azərbaycana təxliyə olundu - FOTO

İrandan 31 nəfər Azərbaycana təxliyə olundu - FOTO

FAKTİKİ HAVA: Qar, yağış, külək...

FAKTİKİ HAVA: Qar, yağış, külək...

Trampın komandası İrana hücum qərarını necə verdi? - DETALLAR

Trampın komandası İrana hücum qərarını necə verdi? - DETALLAR

Mask: “Daha biri qurban oldu"

Mask: “Daha biri qurban oldu"

İranın zərbəsindən sonra Küveytdəki ABŞ bazasının PEYK görüntüsü

İranın zərbəsindən sonra Küveytdəki ABŞ bazasının PEYK görüntüsü

Kəraçidə ABŞ konsulluğuna hücum etdilər - ANBAAN VİDEO

Kəraçidə ABŞ konsulluğuna hücum etdilər - ANBAAN VİDEO

Mərkəzi Kəşfiyyat İdarəsinin Xameneini izləməsi ilə bağlı detallar mətbuata sızdı - FOTO

Mərkəzi Kəşfiyyat İdarəsinin Xameneini izləməsi ilə bağlı detallar mətbuata sızdı - FOTO

İranla müharibə neft bazarını onilliklərin ən böyük böhranına sürükləyə bilər

İranla müharibə neft bazarını onilliklərin ən böyük böhranına sürükləyə bilər

İsfahanda minlərlə insan Xameneinin xatirəsini yad etdi - VİDEO

İsfahanda minlərlə insan Xameneinin xatirəsini yad etdi - VİDEO

Qubada məscid tamamilə yandı - ÖZƏL - VİDEO

Qubada məscid tamamilə yandı - ÖZƏL - VİDEO

İran ordusunun Baş Qərargah rəisi də öldürüldü

İran ordusunun Baş Qərargah rəisi də öldürüldü

"Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparacaq

"Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparacaq

İran regionda ABŞ müttəfiqlərinə zərbələr endirir - VİDEO

İran regionda ABŞ müttəfiqlərinə zərbələr endirir - VİDEO

Bu gün İran Ali Liderinin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək

Bu gün İran Ali Liderinin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək

Məşhəddə Əli Xameneinin öldürülməsindən sonra qara matəm bayrağı qaldırıldı - VİDEO

Məşhəddə Əli Xameneinin öldürülməsindən sonra qara matəm bayrağı qaldırıldı - VİDEO

Xameneinin öldürülməsindən sonra Bağdadda etirazlar başladı: “ABŞ səfirliyinə doğru...” - FOTO

Xameneinin öldürülməsindən sonra Bağdadda etirazlar başladı: “ABŞ səfirliyinə doğru...” - FOTO

İsraildə sirenlər səsləndi: İran ballistik raketlər buraxdı - VİDEO

İsraildə sirenlər səsləndi: İran ballistik raketlər buraxdı - VİDEO

Tramp İranı HƏDƏLƏDİ: “Yeni zərbələrdən çəkinin, əks halda...”

Tramp İranı HƏDƏLƏDİ: “Yeni zərbələrdən çəkinin, əks halda...”

Uşaqlarda sarılıq hansı hallarda ÖLÜM riski YARADIR? – Pediatrdan MÜHÜM AÇIQLAMA

Uşaqlarda sarılıq hansı hallarda ÖLÜM riski YARADIR? – Pediatrdan MÜHÜM AÇIQLAMA

Xameneinin meyitinin FOTOSU

Xameneinin meyitinin FOTOSU

Kriştiano Ronaldo zədələndi

Kriştiano Ronaldo zədələndi

Dünya birjalarında neft bahalaşır

Dünya birjalarında neft bahalaşır

End of content

No more pages to load

RADİO