ABŞ-ın müdafiə naziri Pit Heqset İranı “xərçəng şişi” ilə müqayisə edib və bildirib ki, münaqişəni Birləşmiş Ştatlar başlamayıb, lakin onu məhz ABŞ bitirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, “Birləşmiş Ştatlar bu münaqişəni başlatmayıb, lakin biz onu başa çatdıracağıq. Əgər siz dünyanın istənilən nöqtəsində amerikalıları öldürür və hədələyirsinizsə, İranın etdiyi kimi, biz sizi təqib edəcək və məhv edəcəyik”, – deyə o, əlavə edib.
Heqset bildirib ki, ABŞ prezidenti Donald Tramp şənbə günü İrana qarşı əməliyyat elan etməklə “bu xərçəng şişinə qarşı mübarizəyə başlayıb”.
Nazir vurğulayıb ki, ABŞ “Amerika xalqına tuşlanmış güclü raketləri qəbul etməyəcək” və İranın “heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcək”.
Heqset İrana qarşı keçirilən “Epik Qəzəb” əməliyyatını “tarixin ən ölümcül, ən mürəkkəb və ən dəqiq hava əməliyyatı” adlandırıb.
Bizim.Media