İspaniya ilə Mərakeş arasında diplomatik gərginlik yaranıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, buna Mərakeşin Baş naziri Sadəddin Əl-Osmanın Şimali Afrikadakı ispan torpaqları barədə açıqlaması səbəb olub.
O, Ceuta və Melilla şəhərlərinin Qərbi Saxara kimi Mərakeşə məxsus olduğunu söyləyib.
Baş nazir bildirib ki, Saxara problemi həll olduqdan sonra o şəhərlərin statusu məsələsini gündəmə gətirəcəklər.
Sözügedən açıqlamaya İspaniya Xarici İşlər Nazirliyi dərhal reaksiya göstərib. Mərakəş səfiri XİN-ə çağırılıb, ölkəyə nota verib.
Bizim.Media