Yaponiyanın hakim Liberal-Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiti yenidən ölkənin baş naziri seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tokioda keçirilən səsvermə zamanı parlamentin əsas aşağı palatasında onun namizədliyini 354 deputat dəstəkləyib.
Səsvermənin nəticələrinə əsasən, Takaiti baş nazir postunda fəaliyyətini davam etdirəcək. Onun rəhbərlik etdiyi Liberal Demokratik Partiyası uzun illərdir Yaponiyanın siyasi sistemində dominant mövqeyə malikdir.
Yenidən seçilmə ölkənin daxili siyasi sabitliyinin qorunması və iqtisadi kursun davam etdirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Bizim.Media