ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

Suriya ordusu ölkənin Həsəkə vilayətində, Əl-Cəbsə neft yatağı yaxınlığında yerləşən ABŞ-ın Əş-Şəddadi hərbi bazası üzərində nəzarəti ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə ərəb respublikasının Müdafiə Nazirliyi SANA agentliyinə məlumat verib.

Bəyanata əsasən, hadisə fevralın 15-i, bazar günü baş verib. Tərəflər hələlik əlavə şərh verməyiblər. Qeyd olunur ki, proses “ABŞ tərəfi ilə razılaşdırıldıqdan sonra” həyata keçirilib.
 

Ötən ilin aprelində ABŞ Əş-Şəddadi şəhərində yerləşən və “Suriya Demokratik Qüvvələri”nin (SDF) nəzarətində olan bazadan hərbçilərin və hərbi texnikanın mərhələli şəkildə çıxarılmasına başlamışdı. Yanvarın sonunda Suriya prezidenti Əhməd əş-Şaraa və SDF rəhbəri Məzlum Abdi arasında əldə olunmuş razılaşmaya əsasən, kürd silahlı birləşmələri hökumət qüvvələrinin tərkibinə daxil ediləcək.


Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Qərb koalisiyasının istifadə etdiyi və ABŞ qüvvələrinin çıxarıldığı Ət-Tanf hərbi bazasının da hökumət qüvvələrinin nəzarətinə keçdiyini bildirmişdi. Nazirlik həmçinin Suriya hökumət qüvvələrinin “Suriya–İraq–İordaniya sərhədi boyunca Ət-Tanf səhrasında yerləşdirilməsinə” başlandığını açıqlamışdı.

Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşən Ət-Tanf bazası 2014-cü ildə ABŞ rəhbərliyindəki Qərb koalisiyası tərəfindən “İslam Dövləti” terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılmışdı və Dəməşq–Bağdad strateji magistralına nəzarət etməyə imkan verirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Fransada anomal istilər tarixi rekordu yenilədi

Fransada anomal istilər tarixi rekordu yenilədi

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

End of content

No more pages to load

RADİO