ABŞ prezidenti Co Bayden Ukraynadakı amerikalıları Rusiya ilə müharibə təhlükəsi səbəbindən dərhal ölkəni tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Bayden bu çağırışı fevralın 10-da NBC televiziyasına verdiyi müsahibədə müsahibədə edib.
"Biz terror təşkilatı ilə deyil, dünyanın ən böyük ordularından biri ilə qarşı-qarşıyayıq. Bu fərqli bir vəziyyətdir və işlər tez bir zamanda nəzarətdən çıxa bilər", - deyə ABŞ lideri bildirib.
Eyni zamanda Bayden qeyd edib ki, Vladimir Putin Ukraynanı işğal edəcək səhvə yol versə belə, o, Amerika vətəndaşlarına mənfi təsir göstərəcək heç nə etməyəcək qədər ağıllıdır.
ABŞ prezidenti vurğulayıb ki, heç bir halda ABŞ vətəndaşlarını təxliyyə etmək üçün hərbçilərini Ukraynaya göndərməyə hazır deyil:
“Amerikalılar və ruslar bir-birilərinə atəş açmağa başlayanda bu, dünya müharibəsi olacaq”.
Bizim.Media