Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır

Afrika qitəsi nəhəng çat boyunca tədricən parçalanır və milyonlarla il ərzində bu çat iki böyük quru kütləsi arasında yeni bir okeana çevrilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.
 

Qeyd olunur ki, çat Şərqi Afrika rift sistemi (East African Rift, EAR) boyunca uzanır. Burada qitənin şərqi hissəsi – Somali lövhəsi – tədricən qalan Afrikanı təşkil edən Nubiya lövhəsindən ayrılır. Proses çox yavaşdır: lövhələr ildə yalnız bir neçə millimetr hərəkət edir. Tam parçalanma üçün onlarla milyon il lazım olacaq.


Şimalda Nubiya və Somali lövhələri həmçinin Ərəb lövhəsindən uzaqlaşır və Y-şəkilli rift sistemi yaradır. Hər üç lövhə Efiopiyada Afar bölgəsində birləşir – bu "üçlü düyün” adlanır və Yer üzərində üç tektonik riftin – Efiopiya, Qırmızı dəniz və Aden körfəzi riftlərinin – bir yerdə rast gəldiyi nadir zonalardan biridir.

Şərqi Afrika rift sistemi Mioz dövründə, təxminən 25 milyon il əvvəl formalaşıb. Rift Afar düyünündən başlayaraq təxminən 3 500 kilometr uzanır – Qırmızı dənizdən Mozambiqə qədər.

Şərqi qol Efiopiya və Keniya ərazilərindən keçir, qərb qolu isə Uqandadan Malaviyə doğru uzanır.

Məqalədə qeyd olunur ki, Afar bölgəsində yer qabığı artıq xeyli nazikləşib və bəzi yerlər dəniz səviyyəsindən aşağıdır. Riftin iki "qolu” artıq Qırmızı dəniz və Aden körfəzinin sularının altında yerləşir. Alimlər hesab edirlər ki, bu çökəklik dəniz suyu ilə dolduqda yeni okeanik hövzə formalaşacaq. Virginia Tech universitetindən geofizik D. Sara Stemps izah edib:

"Çəkilmə sürəti şimalda ən yüksəkdir, buna görə də yeni okeanın yaranmasını ilk olaraq orada görəcəyik".
 

Rift lövhələrinin orta hesabla ildə təxminən 7 millimetr (0,28 düym) hərəkət etdiyi bildirilir. Beləliklə, tam okeanın meydana çıxması milyonlarla il çəkəcək. Bu yavaş proses artıq insan həyatına seysmik və vulkanik riskləri artırmaqla təsir göstərə bilər.


Yer qabığı 15–20 tektonik lövhədən ibarətdir və yavaş-yavaş ərimiş mantiyanın üzərində "üzür”. Geoloqlar uzun müddətdir hesab edirlər ki, Afar bölgəsi altında mantiya plumu – dərinlikdən qalxan isti maddə sütunu yerləşir və bu, yer qabığının parçalanmasına səbəb olur.

Bu ay "Journal of African Earth Sciences" jurnalında dərc olunan tədqiqat Afar bölgəsində yer qabığının maqnit strukturu və Afrika qitəsinin parçalanma mexanizmləri haqqında yeni məlumat verib. 1960-cı illərin sonundakı maqnit məlumatlarının analizi göstərib ki, əvvəl Afrika və Ərəb ayrılıb – Qırmızı dəniz və Aden körfəzi riftləri boyunca vahid çat əmələ gəldikdən sonra. Afrika rift sistemi sonradan, güclü "superplum”un təsiri ilə formalaşıb və bu gün də aktivdir.

İyun ayında "Nature Geoscience" jurnalında dərc olunan digər tədqiqat Afrika qitəsinin parçalanmasının yerin dərinliyindən qalxan ərimiş qayaların xüsusi "pulsasiyaları” ilə əlaqəli ola biləcəyini göstərir.

Baş müəllif, geoloq Emma Votts bildirib:

"Afar altında mantiya homojen və sabit deyil – o, pulsasiya edir və bu pulsasiyaların kimyəvi xüsusiyyətləri fərqlidir".

O əlavə edib ki, mantiyanın bu qalxan axınları üst hissədən ayrılan lövhələr tərəfindən yönləndirilir. "Bu, yeraltı proseslər və yer səthi arasındakı qarşılıqlı əlaqəni anlamaq üçün vacibdir", deyə Votts bildirib. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

SEPAH hədələdi: "Müharibə başlasa, daha dağıdıcı silahlar işə düşəcək"

SEPAH hədələdi: "Müharibə başlasa, daha dağıdıcı silahlar işə düşəcək"

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Fransada anomal istilər tarixi rekordu yenilədi

Fransada anomal istilər tarixi rekordu yenilədi

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

End of content

No more pages to load

RADİO