Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat verib.
Bildirib ki, “B.1.1.7 SARS-CoV-2” virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn vətəndaşda aşkarlanıb:
“Xəstənin adı Nikolaydır və onda yeni virus aşkarlanıb. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır”, - deyə Petrov qeyd edib.
Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyədək İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib.
Bizim.Media