Ukrayna və Polşa müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bizim.Media xəbər verir ki, sazişi Ukrayna Prezidenti Volodimir Zelenski və Polşanın Baş naziri Donald Tusk imzalayıb.
“Bu, uzun aylar ərzində qarşıya qoyduğumuz məqsəd idi. Biz bu barədə danışmışdıq və həm Polşada, həm də Ukraynada yerləşən müəssisələrdə silahların birgə istehsalı ideyasının reallığa çevrilməsi üçün xeyli səy göstərmişik”, - deyə Tusk bildirib.
Bizim.Media