Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Rusiyadakı diplomatik missiyasının rəhbərini XİN-ə çağırıb və ona Almaniya Federativ Respublikasının Moskvadakı səfirliyinin bir əməkdaşının “persona non grata” elan edilməsi barədə nota təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlikdə bildirilib ki, bu addım Almaniya hökumətinin qərarına simmetrik cavabdır.
Rusiya XİN-in vurğuladığına görə, həmin qərar “ikitərəfli münasibətlərdə yeni eskalasiyaya görə məsuliyyət daşıyır”.
Qeyd edək ki, Almaniya hakimiyyəti 22 yanvar 2026-cı il tarixində rusiyalı diplomatı “persona non grata” elan etmişdi.
Bizim.Media