Türkiyədə son sutkada COVID-19-dan 241 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib.
Nazirin sözlərinə görə, ötən 24 saat ərzində 452 363 nəfər test edilib, onların 111 096-nın nəticəsi pozitiv çıxıb.
Həmçinin, hesabat dövrü ərzində COVID-19-dan 82 168 nəfər sağalıb.
Bizim.Media