“Siz Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz? Yəqin ki, belə də olacaq”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında fransalı jurnalistin Ukraynaya hücumla bağlı sualını cavablandırarkən deyib.
“Artıq son mətbuat konfransında soruşdum: biz NATO ilə vuruşmalıyıq? Ancaq başqa bir sual var: Rusiya ilə döyüşmək istəyirsiniz? Bu barədə öz tamaşaçılarınızdan soruşun. Siz oxucularınızdan, izləyicilərinizdən, internet resurslarından istifadə edənlərdən soruşun. Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz? Yəqin ki, bu, belə olacaq”, - Rusiya lideri bildirib.
Bizim.Media