“İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı artan zorakılığı qarşısında çox təəccübləndim”.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
BMT-nin məlumatına görə, hadisələr nəticəsində ölənlərin sayı artıq yüzlərlədir.
“Bu dəhşətli zorakılıq dövrü davam edə bilməz. İran xalqının ədalət, bərabərlik və hüquqlar tələbləri dinlənilməlidir”, – deyə Türkün bəyanatında qeyd olunub.
Bəyanatı BMT-nin İnsan Haqları üzrə Ofisinin nümayəndəsi Jeremy Lorens oxuyub.
Türk həmçinin etiraz aksiyaları zamanı saxlanılan minlərlə etirazçının ölüm cəzasına məruz qala biləcəyi barədə ciddi narahatlığını ifadə edib.
Bizim.Media