Kanadanın Baş naziri Castin Trüdo koronavirusa qarşı peyvənd olunacağını bildirib.
Bizim.Media xəbər verir ki, o bildirib ki, peyvəndin səhhətinə əlavə təsir edəcəyindən narahat deyil.
Trüdon elm adamları və həkimlərə etibar etdiyini deyib:
“Biz illərlə bu şəxslərə inanmışıq. Onlar bizi qrip və digər viruslardan qoruyublar. İlk gündən həmin şəxslərə etibar edirik”,- deyə Baş nazir əlavə edib.
“Növbəm çatanda böyük məmnuniyyətlə mən də peyvəndlənəcəyəm”,- söyləyən baş nazir ilk olaraq həkimlər, sosial işçilər və digər risk altında olan vətəndaşların vaksinə cəlb ediləcəyini vurğulayıb.
Qeyd edək ki, Kanadaya koronavirus əleyhinə olan vaksinin ilk partiyası dekabrın 13-də gətirilib.
Bizim.Media